Ordu.az Topwar.ru saytına istinadən xəbər verir ki, bu barədə Qərbdəki aviasiya mənbələri məlumat yayıb.
Məlumata görə, 168432 göyərtə nömrəli təyyarə Siciliyada yerləşən Siqonella aviabazasından havaya qalxıb. Əvvəlcə Krasnodar vilayəti sahillərində uçuş həyata keçirlən təyyarə daha sonra Novorossiysk və Anapa ərazisində doğru kursu dəyişib.
Daha sonra təyyarə əks istiqamətə dönərək Krım sahillərinə yönəlib. Amerika təyyarəsi bir müddət Sevastopoldan qərbə doğri uçub, bununla belə Sevastopola 40 kilometrdən daha çox yaxınlaşmayıb.
“Poseidon”un uçuş yüksəkliyi minimum 8 kilometr təşkil edib.
Xatırladaq ki, yanvarın 7-də də P-8A “Poseidon” təyarəsi Krım sahillərində kəşfiyyat xarakterli uçuş həyata keçirib.
Ağalar Qəribov
Ordu.az