Rusiyanın sualtı dronları 100 meqaton nüvə başlığı daşıya bilər

2018/01/654645_1516086540.jpg
Oxunub: 1899     15:17     16 Yanvar 2018    
Pentaqonun sızdırılmış sənədlərində göstərilir ki, Rusiyanın sualtı dronları 100 meqaton nüvə başlığı daşıya bilər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bununla da ilk dəfə olaraq Pentaqon Rusiyanın Sualtı Pilotsuz Aparat (SPA) adlandırılan dənizaltı dronlarının varlığını ilk dəfə təsdiqləmiş oldu.

Silah “Huffington Post”un yayınladığı “Nüvə Vəziyyətinin İcmalı”nda qeyd edilib. ABŞ, Rusiya, Şimali Koreya və Çin kimi ölkələrin nüvə imkanlarından danışılan hesabatda Kremlin öz nüvə arsenalını təkmilləşdirdiyi etiraf edilir.

“Rusiya köhnə Sovet nüvə sistemini modernləşdirməklə yanaşı, yeni nüvə başlıqları və raketatıcılar əldə edib və istifadə edir. Bu səylər arasında Rusiya nüvə üçlüsü - strateji bombardman təyyarələri, dənizdən və qurudan atılan raketlər üçün yeni təkmilləşdirmələr var. Rusiya həmçinin, ən azı iki yeni qitələrarası mənzilli sistem, hipersəs raket və yeni qitələrarası nüvə silahlı dənzialtı pilotsuz torpedo təkmilləşdirib”, - deyə hesabatda qeyd olunur.

SPA son 10 içində Rusiya tərəfindən inkişaf etdirilən nüvə imkanlı vasitələrdən bəhsedilən bir qrafikdə göstərilir. Rəsmi olaraq “Ocean Multifurpose System Status-6” adlandırılan silah maksimum 56 düyün sürətlə 6200 mil yol qət edə və hətta dəniz səviyyəsindən 3280 fut dərinə enə bilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Rusiya   Sualtı-dronları  


Bizi "telegram"da izləyin