Yaponiya XİN: Ölkə RƏM sistemlərini müstəqil idarə edir

2018/01/1516078251_original-145645_1516085820.jpg
Oxunub: 2393     14:55     16 Yanvar 2018    
“Yaponiyanın raket əleyhinə müdafiə sistemləri birmənalı olaraq müdafiə xarakteri daşıyır, bütövlükdə yerli mütəxəssislər tərəfindən idarə olunur və Rusiya da daxil olmaqla, qonşu dövlətlər üçün heç bir təhlükə daşımır”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bəyan edib.

O, bu fikirləri dünən Rusiya xarici işlər naziri Sergey Lavrovun Yaponiyada Amerikanın “Aegis Ashore” raket əleyhinə müdafiə komplekslərinin yerləşdirilməsindən narahat olduğuna münasibət bildirərkən vurğulayıb.

“Bizim RƏM sistemlərimiz xalqı həyatı və mülkiyyətinin müdafiəsinə yönəldilib, onlar birmənalı olaraq müdafiə xarakteri daşıyır. Bizim ölkəmiz onları suveren şəkildə idarə edir və Rusiya da daxil olmaqla heç bir qonşu dövlət üçün təhlükə daşımır. Rusiya tərəfinə bu məsələ ötən ilin noyabr ayında xarici işlər nazirlərinin görüşü çərçivəsində və bir sıra digər hallarda izah edilib”, - deyə diplomat bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   RƏM   Aegis-Ashore  


Bizi "telegram"da izləyin