ABŞ ordusu “Stinger” təlimlərini intensivləşdirir

2018/01/3453453_1516082987.jpg
Oxunub: 3703     14:08     16 Yanvar 2018    
Təxminən 15 ildə ilk dəfədir ki, ABŞ-ın 7-ci Ordu Təlim Komandanlığının Birgə Çoxmillətli Hazırlıq Mərkəzi “FIM-92 Stinger Portativ” Havadan Müdafiə Raket Sistemindən istifadə edərək müşahidələr aparacaq və əsgərlərə təlim verəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, buna hazırlıq məqsədilə OC/T olaraq tanınan təxmini 50 məşqçi/təlimçi yanvarın 10-da Hohenfels Təlim Zonasındakı “Stinger” sistemi ilə bağlı təlimə qatılıblar.

Son 15 ildə ABŞ ordusu tədricən “FIM-92 Stinger”dən uzaqlaşıb. Bu raketlər 1970-ci illərin sonlarından etibarən əks-kəşfiyyat taktikaları üzərində fokuslananan yer-hava raketidir. Lakin son illər raketlərə diqqət yenidən artıb.

“”Stinger”i geri qaytarmaq ordunun özü üçün formalaşdırdığı özünütəyindəki boşluğu dolduracaq. Prinsiplərə dönürük və manevr dəstələrinə qısa mənzilli hava müdafiəsi təmin edirik”, - deyə polkovnik-leytenant Aron Felter bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Stinger   ABŞ  


Bizi "telegram"da izləyin