Amerikalı general: “ABŞ Rusiya və Çin ilə rəqabətdə öz hərbi gücünü itirib”

2018/01/6882815_original456456_1516082638.jpg
Oxunub: 1606     13:59     16 Yanvar 2018    
“Son on il ərzində Rusiya Silahlı Qüvvələrin bütün tərkib hissələrini modernləşdirib”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Birləşmiş Qərargah Rəhbərləri Komitəsinin sədri, general Cozef Denford jurnalistlərlə söhbət çərçivəsində bəyan edib.

“Biz Rusiya haqqında düşünəndə əvvəlcə düşünürük, sonra isə son on il ərzində rusların etdikləri yatırımlara baxırıq. Rusiya Silahlı Qüvvələrinin son on il ərzində bu və ya digər dərəcədə modernləşdirilməyən tərkib hissəsi mövcud deyil”, - deyə Denford bildirib.

O həmçinin qeyd edib ki, işlərin hazırki vəziyyəti narahatlıq doğurur.

“Bizim heç birimiz indi olduğumuz vəziyyətdə özümüzü rahat hiss etmirik”, - deyə amerikalı general əlavə edib.

Xatırladaq ki, daha öncə Denford ABŞ-ın Rusiya və Çin ilə rəqabətdə öz hərbi gücünü itirdiyini etiraf edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin   Rusiya  


Bizi "telegram"da izləyin