Çin İran komandoslarına mane oldu

2018/01/2666043qüe_1516039282.jpg
Oxunub: 2821     01:57     16 Yanvar 2018    
İranın Hərbi Dəniz Qüvvələri Komandiri Xanzadi, Çinə komandosları göndərmək üçün görülən tədbirlər və "Sançi" neft tankerində xilasetmə əməliyyatı haqqında danışıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, İran HDQ-nin komandiri admiral Xanzadi, neft tankerinin toqquşması və bununla əlaqədar görülən tədbirləri müzakirə edərək qeyd edib ki, toqquşma İranın dəniz sərhədlərindən 8000 mil uzaqlıqda meydana gəlib.

"Qəzanın ilk günlərində gəminin bir hissəsi alovlanmadığı üçün, gəminin göyərtəsinə enib xilasetmə əməliyyatları aparmağın mümkün olduğunu başa düşürdük. Heç bir tədbirin görülməməsi məndə Çinlilərin gəmiyə çıxmağa cəsarət etməməsi fikrini yaratdı. Bu səbəbdən biz "Milli İran Tanker Şirkəti" və Limanlar və Dəniz Təşkilatına xilasetmə missiyalarını həyata keçirmək üçün "Sançi" tankerinə donanma komandoslarını göndərməyi təklif etdik. Lakin ilk növbədə Çin vəziyyəti buna uyğun hazırlamalı idi", - deyə o əlavə edib.

Xüsusi qüvvələrə qərarımızı açıqladığımız zaman, onların bir çoxu missiyaya könüllü qatılmaq istədiklərini bildirdilər ki, bu da dünyanın hər hansı bir yerində missiyanı yerinə yetirməyə hazır olduqlarını göstərir.

Xanzadi bildirib ki, silahlı qüvvələrin başqa ölkəyə göndərilməsi müəyyən rəsmi hazırlıqları tələb edir. O qeyd edib ki, toqquşma baş verdikdən 3 gün sonra sözügedən təklifi edib, lakin Çin bu ərazidə silahlı qüvvələri qəbul etməyəcəyini açıqlayıb. Bundan sonra vəziyyət daha da mürəkkəbləşdi.

"Onlar İran xüsusi qüvvələrinin hərbi formada olmadan əraziyə getməli olduğunu bildirdilər. Biz isə qüvvələrin Çin hansı geyimdə istəsə, əraziyə o formada gedəcəyini qəbul etdik".

"Çin donanma komandiri ilə danışıqlardan sonra Çin tərəfi İrana zəruri avadanlıqlar verəcəyini bildirdi. Qüvvələr üçün viza əldə etmək prosesi təəssüf ki, üç gün davam etdi. 7-ci gündə xüsusi qüvvələrimiz toqquşma baş verdiyi yerə çatdı. Ancaq o zaman tanker Yaponiyanın sularına yaxınlaşmışdı. Qüvvələr yeni yerə göndərildilər, amma onlar gəmiyə daxik olmağa hazırlaşdıqda böyük bir partlayış meydana gəldi, bütün göyərtə od tutdu və tanker suya qərq oldu", - deyə o izah edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   İran   Sançi  


Bizi "telegram"da izləyin