“Donbasdakı münaqişə 10 ilədək uzana bilər” - Beynəlxalq ekspert

2018/01/KMO_146898_00313_1_t218_134059342_1516032671.jpg
Oxunub: 1783     00:29     16 Yanvar 2018    
“Donbasdakı münaqişə 10 il müddətinədək uzana bilər”.

Ordu.az Golos.ua saytına istinadən xəbər verir ki, bu barədə beynəlxalq ekspert Andrey Buzarov bəyan edib.

“Donbasa münasibətdə Rusiya prezidenti Vladimir Putinin mövqeyi prinsipialdır. Hər şeyi nəzərə alsaq, bu münaqişə hələ uzun illər davam edəcək. ABŞ sanksiyalar vasitəsilə Rusiyaya, Rusiya isə Donbasdakı hərbi münaqişə vasitəsilə Ukraynaya təsir edəcək. Düşünürəm ki, Donbasın hazırki vəziyyətində münaqişə 6 və ya 7 il çəkəcək. Bu münaqişəni dondurulmuş adlandırmaq olmaz. Bu, yarıdondurulmuş münaqişədir. Belə vəziyyətdə Ukraynanın şərqində münaqişənin 7, bəlkə də, 10 il davam edəcəyini söyləmək olar. Buna hazırlaşmaq lazımdır”, - deyə ekspert bildirib.

Buzarovun sözlərinə görə, Rusiya ilə Ukrayna arasında xoş qonşu münasibətlərinin yaradılması ilk növbədə Rusiyadan asılıdır.

“Əgər Rusiyada keçirilən prezident seçkilərində Vladimir Putindən başqa kimsə qalib gəlsə, Donbasa dair danışıqların olması mümkündür”, - deyə Buzarov vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin