Ordu.az Topwar.ru saytına istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin saytına “Tayfun-VDV”nin fotoşəkilləri ictimailəşdirilib.
“Son bir neçə il ərzində Hava Desant Qüvvələrinin komandanlığı sənaye şirkətləri ilə birgə xüsusi təyinatlı, təkər şassisi üzərində quraşdırılan döyüş modullu, prespektivli zirehli avtomobillərin hazırlanması üzrə işlər aparır. Hazırda həmin avtomobillərdən biri hazırdır və yaxın gələcəkdə Hava Desant Qüvvələrinin istifadəsinə veriləcək”, - deyə Hava Desant Qüvvələrinin maddi-texniki təchizad şöbəsinin rəisi Nikolay Anoxin bəyan edib.
Onun sözlərinə görə, yeni maşın “Tayfun” zirehli avtomobilinin bazasında yaradılıb və hazırda xüsusi meydança və poliqonlarda sınaqdan keçirilir.
Ordu.az