Ordu.az Lenta.ru saytına istinadən xəbər verkir ki, bu barədə Raket Mərkəzinin baş konstruktoru Vladimir Deqtyara bəyan edib.
Onun sözlərinə görə, bu raket qəti şəkildə dəfələrlə istifadə olunan, şaquli istiqamətdə uçan birpilləli raket daşıyıcısıdır.
“Korona” adlandırılan bu raket daşıyıcısının hazırlanması üzrə işlər 2012-ci ildə dondurulsa da, artıq yenidən başlanılıb.
Deqtyarayın sözlərinə görə, artıq ABŞ-da “Falcon” birpilləli raket daşıyıcında yüngül eniş texnologiyaları yaradılıb və bu, onun təkrar istifadəsinə imkan verib.
“Bizim “Korona” raket daşıyıcımız Amerika nümunəsindən fərqli olaraq ayrılan pillələrə malik deyil və faktiki olaraq yüngül uçuş və enişə malik texnologiyalarla təchiz edilən kosmik gəmidir”, - deyə baş konstruktur bildirib.
Ağalar Qəribov
Ordu.az