Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İspaniyanın “El Pais” nəşri məlumat yayıb.
“İspaniya 2017-ci ildə öz ÜDM-indən 0,92 faiz müdafiə xərclərinə ayırıb, bu isə NATO göstəriciləri üzrə ən aşağı rəqəmlərdən biri olmaqla Belçika və Lüksemburq kimi ölkələrin xərclərinə yaxındır”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, İspaniya hökuməti qarşıdakı 6 ilə ÜDM-dən 15-16 faiz vəsaiti müdafiəyə ayıracaq ki, bu isə 18 milyard avro edir.
ABŞ prezidenti Donald Tramp bildirib ki, NATO üzrə müttəfiqlərin xərcləri normalara uyğun olmalıdır, əks təqdirdə onlar Alyansdan çıxmağı göz önünə ala bilərlər.
Ağalar Qəribov
Ordu.az