Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın aparıcı analitik mərkəzlərindən olan RAND elmi-təhqiqat korporasiyası öz hesabatında bəyan edib.
Araşdırma çərçivəsində Rusiya Silahlı Qüvvələrinin döyüş hazırlığı qiymətləndirilib, o cümlədən Moskvanın bu və ya digər münaqişə zamanı özünü necə aparacağı təxmin edilib.
“Rusiya öz ərazisini qorumağa, bərabər və ya demək olar ki, bərabərgüclü rəqiblə qarşıdurma zamanı müdafiə sistemlərinin tətbiqi və uzaq radiuslu silahların istifadəsi ilə münaqişəni sonlandırmağa çalışacaq”, - deyə hesabatda bildirilir.
Həmçinin qeyd olunur ki, məhz uzaq radiuslu silahlara malik olma faktı Rusiya Silahlı Qüvvələrinə öz sərhədləri yaxınlığında baş verən hücumlar zamanı böyük üstünlük qazandıracaq.
Ağalar Qəribov
Ordu.az