“KXDR Qazaxıstandan nümunə götürməlidir” - Kayrat Umrov

2018/01/d73b3c225cf936bb50f2aacf94419261üqe_1514970279.png
Oxunub: 4004     16:55     03 Yanvar 2018    
“KXDR Qazaxıstandan nümunə götürə və nüvə silahından imtina edə bilər”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın BMT-dəki daimi nümayəndəsi Kayrat Umrov bəyan edib.

O qeyd edib ki, Rusiya və Çin Koreya yarımadasının nüvəsizləşdiriləcəyi təqdirdə Pxenyanın ehtiyat etdiyi kimi, Liviya hadisələrinin təkrarlanmasına izn verməyəcək.

“Qazaxıstan KXDR üçün yaxşı nümunə göstərdi. Biz öz nüvə silahımızdan imtina etdik, sınaqlar üçün poliqonu bağladıq və özümüzü qeyri-nüvə dövləti elan etdik. Bu gün öz müttəfiqlərimizlə Mərkəzi Asiyada qeyri-nüvə ərazisi yaratmışıq”, - deyə Umarov bildirib.

O vurğulayıb ki, Qaxaxıstan nüvə silahından imtina etdikdən sonra diqqəti iqtisadi inkişafa yönəldib və hazırda hərbi, o cümlədən müdafiə xərclərinə böyük vəsaitlər xərcləmirlər.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Qazağıstan  


Bizi "telegram"da izləyin