İranlı admiral: "ABŞ-ın Suriyada hərbi mövcudluğu qanunsuzdur"

2018/01/195AB5C1-5114-49DA-A3D3-72455BA67116_w1023_r1_s2345345_1513150558123_1514966534.jpg
Oxunub: 3206     16:02     03 Yanvar 2018    
"Biz bütün beynəlxalq tribunalardan ABŞ qoşunlarının Suriyadan çıxarılmasını tələb edəcəyik".

Ordu.az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Milli Təhlükəsizlik Ali Şurasının katibi admiral Əli Şamhani “Əl Mayadin” telekanalına müsahibəsində bildirib.

Admiral qeyd edib ki, Rusiya və İrandan fərqli olaraq, ABŞ qoşunlarının Suriyaya göndərilməsini rəsmi Dəməşqlə razılaşdırmayıb.

"ABŞ-ın Suriyada hərbi mövcudluğu qanunsuzdur, buna görə də ABŞ qoşunlarını bu ölkə ərazisindən çıxarmalıdır", - deyə admiral vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya-böhranı   İran-ABŞ  


Bizi "telegram"da izləyin