Kim Çen Indən növbəti göstəriş: "Cənubi Koreya ilə danışıqlara başlayın"

2018/01/PIX123123123_1514965772.gif
Oxunub: 3918     14:25     03 Yanvar 2018    
Şimali Koreya lideri Kim Çen In Pxanmunjomda xüsusi rabitə vasitəsilə Cənubi Koreya ilə danışıqlara başlamaq barədə əmr verib.

Ordu.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, xüsusi rabitə vasitəsinin bu gün açılması nəzərdə tutulub.

Qeyd edək ki, daha öncə Şimali Koreya 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarında iştirak edəcəyini açıqlayıb. Rəsmi Seul Pxenyanın bu təşəbbüsünü müsbət qiymətləndirib və Pxanmunjom sərhəd zonasında yüksək səviyyəli danışıqlar aparmağı təklif edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Koreya-böhranı   Olimpiya-oyunları  


Bizi "telegram"da izləyin