Əfqanıstan və Türkiyə arasında hərbi əməkdaşlıq müzakirə olunub

2018/01/RTRK9J3-8703432_1514886867.jpg
Oxunub: 2595     21:19     02 Yanvar 2018    
Əfqanıstanın daxili işlər naziri Veyis Əhməd Barmaq Türkiyəyə səfəri çərçivəsində türkiyəli həmkarı ilə görüşdə ikitərəfli hərbi əməkdaşlığı müzakirə edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə əfqan polis zabitlərinin bakalavr və magistr dərəcələrinə yiyələnmək üçün lazımi şərtlərin təmin olunması üzrə əlaqələrin möhkəmləndirilməsi də müzakirə edilib.

Dedektiv orqanlarının imkanlarının gücləndirilməsi və kiber təhlükəsizlik məsələləri də müzakirə edilib.

Sonda ən qısa zaman Türkiyə nümayəndə heyətinin Əfqanıstana getməsi üzrə razılıq əldə edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan-Türkiyə   DİN  


Bizi "telegram"da izləyin