WSJ: Arktikada soyuq müharibə başlayır

2018/01/russia-build-up-crop321321_1514883081.jpg
Oxunub: 3224     19:28     02 Yanvar 2018    
“Arktikada soyuq müharibə başlayır – Rusiyanın uzaq şimaldakı kütləvi hərbi inkişafına yeni və sağlam bir qərb cavabı lazımdır”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri Elm və Beynəlxalq Məsələlər üzrə Harvard Belfer Mərkəzinin əməkdaşı Paul Dobrianski deyib.

Dobrianski “Wall Street”də yayınlanan məqaləsində bildirib ki, sözü gedən region beynəlxalq ticarət və milli təhlükəsizlik üçün olduqca böyük əhəmiyyətə malikdir.

“Rusiya Arkitka sularını özünün strateji nüvə qüvvələrinin əsas komponenti olan ballistik raket daşıyan sualtılar üçün istifadə edir. Digər tərəfdən bunları qorumaq üçün bölgədəki hərbi infrastrukturunu gücləndirməyi düşünür. Bu addımlar uzun müddətdir ki, nüvə müharibəsini daha yaxşı hazırlığa malik tərəfin qazanabiləcəyinə inanan Moskva tərəfindən atılır”, - deyə analitik bildirib.

O bildirir ki, Rusiya özünün Arktika Komandanlığını 2015-ci ildə fəaliyyətə keçirib və hərbi əməliyyalarla birlikdə hava müdafiə sistemlərinə, limanlara, baraklara külli miqdarda pul xərcləyir. Buna qarşılıq olaraq regionda bir neçə ABŞ sahil mühafizə təsisatlarından başqa qərbin heç hərbi bir qurğusu yoxdur. Buna görə də Rusiyanın buradakı hərbi güclənməsinə qarşı yeni və daha möhkəm qərb reaksiyasına ehtiyac var.

Dobrianski, NATO-ya Arktikanı əhatə edən Atlantika komandanlığı yaratmaqla bağlı çağırış edib və bildirib ki, bu tipli istənilən bir təşəbbüs Tramp administrasiyası tərəfindən dəstəklənəcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Arktika  


Bizi "telegram"da izləyin