İran kəşfiyyatı Əfqanıstanda əməliyyat keçirdi - Mühəndis azad edildi

2018/01/Guards-Corps’-Quds-696x48532423_1514795429.jpg
Oxunub: 3214     17:51     01 Yanvar 2018    
İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) İranda oğurlanan və 10 günə yaxın Əfqanıstanda saxlanılan iranlı mühəndisi azad edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İİKK-nin quru qüvvələrinin komandiri general Məhəmməd Mərani bildirib.

Məlmatda bildirilir ki, İran ordusu İİKK-nin partnyoru olan “Jahad Nasr” kompaniyasının əməkdaşı mühəndis Hüseyn Həcmalikin azad edilməsi üçün xüsusi əməliyyat həyata keçirib.

Mühəndis üçün pul tələb edildikdən və öldürüləcəyilə təhdid edildikdən sonra onun atası İran ordusundan oğlunun azad edilməsini xahiş edib.

Mühəndisin yandırılmış maşını o yoxa çıxdıqdan iki gün sonra Əfqanıstanın Nimruz vilayətində tapılıb.

Bundan sonra kəşfiyyat orqanları ilə birgə aparılan əməliyyat nəticəsində mühəndis azad edilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İİKK   Əfqanıstan  


Bizi "telegram"da izləyin