Almaniya Aİ üzvlərini hərbi ittifaq yaratmağa çağırır

2017/12/324234324_1514725020.jpg
Oxunub: 429     20:54     31 Dekabr 2017    
Almaniya Avropa ittifaqı üzvləri arasında daha sıx hərbi əməkdaşlığa nail olmağa çalışır.

Ordu.az Express.uk saytına istinadən xəbər verir ki, bu barədə Almaniya müdafiə naziri Ursula von der Leyen Avropa İttifaqı Ordusunun yaradılması üçün danışarkən bildirib.

O qeyd edib ki, bunun üçün hazırda Almaniya və PESCO-nun digər üzvləri arasında kooperasiya şəbəkəsinin inkişafına çalışır.

PESCO Danimarka, Malta və Britaniyadan başqa, yerdə qalan 25 Aİ dövlətini əhatə edir.

Təklif edilən hərbi ittifaq təkcə quru qoşunlarını yox, həm hərbi hava qüvvələrini, həm də donanma qüvvələrini nəzərdə tutur.

Qeyd edək ki, Avropa Müdafiə Fondu İttifaqdan “Pythia” adlı tədqiqat proqramı üçün ayrılan 1 milyon avroluq ilk qrantını əldə edib.

Proqramın məqsədi qabaqcıl hərbi texnologiya üzrə dövlətlərin qüvvələrinin ortaq tədqiqatını həyata keçirməkdir.

Fransa, İtaliya, Bolqarıstan, Polşa və Rumuniya ilə yanaşı, 2019-cu ildə Aİ-ni tərk edəcək Britaniya da proqrama qoşulub. Aİ daxilində hərbi əlaqələri gücləndirmək üçün qarşıdakı iki il ərzində daha 90 milyon avro ayrılması nəzərdə tutulub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Hərbi-ittifaq  


Bizi "telegram"da izləyin