Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Mərkəzi Hərbi Komissiyanın siyasi və hüquqi işlər komitəsi tərəfindən istifadəyə verilən www.PLA110.cn saytı vasitəsilə çinlilər hərbi sirlərin oğurlanması və ya sızdırılması, ordu haqda saxta məlumatlar verilməsi kimi cinayətlər haqda məlumat verə biləcəklər.
Ordu üzvləri tərəfindən yol verilən cinayətlər, narkotika qaçaqmalçılığı, partiyanın ordu üzərində mütləq liderliyinə qarşı çıxmaq, hərbi əməliyyatlara əngəl olmaq, ordunun imicinə ziyan vurmaq, ordunun informasiya təhlükəsizliyinə hücum kimi aktları da sayt vasitəsilə xəbər verilə bilər.
Xalq bu məlumatları verərkən anonimliyini qoruya, yaxud saxta addan istifadə edə bilər. Hətta faydalı məlumatlar üçün mükafat da təqdim olunacaq.
Ağalar Ağalarlı
Ordu.az