““Ən-Nüsra Cəbhəsi”nin məhvi 2018-ci ildə tamamlanacaq” - Gerasimov

2017/12/valeriy_gerasimov_070317345345_1514355783.jpg
Oxunub: 402     14:19     27 Dekabr 2017    
““Ən-Nüsra Cəbhəsi” terror qruplaşması üzvlərinin məhv edilməsi Suriyada 2018-ci ildə tamamlanacaq”.

Ordu.az “Komsomolskaya pravda” qəzetinə istinadən məlumat verir ki, bu barədə nəşrə məlumat verən Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeri Gerasimov bəyan edib.

“Hərbi xətt üzrə “Ən-Nüsra Cəbhəsi” və onlarla əlaqədar olan birləşmələrin məhvi 2018-ci ildə tamamlanacaq. Bu qruplaşmanın üzvü olan terrorçuların bir hissəsi hazırda deeskalyasiya zonalarındadırlar”, - deyə Gerasimov bildirib.

Baş Qərargah rəhbəri qeyd edib ki, deeskalyasiya zonalarında olan bir sıra silahlı birləşmələr atəşin dayandırılması rejimini dəstəkləyirlər.

““Ən-Nüsra Cəbhəsi” qəti formada buna qarşı çıxır, deməli, onları məhv etmək lazım gələcək”, - deyə Gerasimov qeyd edib.

O həmçinin “Ən-Nüsra Cəbhəsi” terrorçularının böyük əkəsəriyyətinin İdlib vilayətində qərar tutduğunu vurğulayıb və tezliklə onların bütövlükdə məhv olunacağına əminliyini ifadə edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya-böhranı   Ən-Nüsra   Terror  


Bizi "telegram"da izləyin