İdlibdə şiddətli döyüşlər: “Pələng qüvvələri” hücuma keçdi

2017/12/orig-1514347211d95a21d96f42896a239186730ae5f89b345345_1514355222.jpeg
Oxunub: 390     14:12     27 Dekabr 2017    
Suriya hökumət qoşunları İdlib vilayətinin cənub-şərq hissəsində terrorçuların mövqelərinə hücumlar həyata keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Almasdarnews.com saytında yerləşdirilən məlumatda deyilir.

Suriya qoşunları qarşısında ərazilərin böyük əksəriyyətində nəzarəti bərpa etmək tapşırığı qoyulub. Qeyd olunur ki, artıq onlar Tal əl-Əsvad yüksəklikləri ərazisində terrorçuları uzaqlaşdırmağa nail olublar.

Um Hariten şəhəri yaxınlığında yüksəkliklərdə yerləşən əməliyyatda həmçinin Suriya ordusunun xüsusi birləşməsi olan “Pələng qüvvələri” də iştirak edib.

Əməliyyat çərçivəsində Suriya hərbçiləri terrorçuların mövqelərini atəşə tutaraq onlardan bir neçəsini məhv ediblər. Lakin məlumatda neçə terrorçunun məhv edildiyi barədə qeyd olunmayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İdlib   Pələng-qüvvələri   Terror  


Bizi "telegram"da izləyin