Rusiya XİN zabitlərin Ukraynaya qayıdacağını istisna etmir

2017/12/Снимок345345_1514353695.png
Oxunub: 385     13:46     27 Dekabr 2017    
“Müəyyən şərtlər daxilində rusiyalı zabitlər Donbasdakı Atəşin Dayandırılmasına Nəzarət və Koordinasiya Birgə Mərkəzinə qayıda bilərlər”.

Ordu.az “Komsomolskaya pravda” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bəyan edib.

“Həyatımızda mümkün olmayan heç nə yoxdur, lakin bunun üçün Kiyevin mövqeyini dəyişdirmək lazımdır. Elə etmək lazımdır ki, şərtlərə zəmanət verilsin, onlar hər hansı Ukrayna siyasətçisinin iradəsindən asılı olmasın”, - deyə Karasin bildirib.

O qeyd edib ki, bu prosesdə rusiyalı zabitlərə münasibətdə beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilən kodeks nəzərə alınmalıdır.

“Düşünürəm ki, bu, nəzəri olaraq mümkündür”, - deyə diplomat bildirib.

O xatırladıb ki, hərbçilərin Donbasdan çıxarılması qəflətən baş verməyib, bu hadisəyədək Rusiya XİN Ukrayna XİN-ə rusiyalı zabitlərin səlahiyyətlərini icra etməsinə mane olmamaqla bağlı 4 nota göndərib, lakin qarşı tərəf buna heç bir reaksiya göstərməyib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna-Rusiya   Karasin   Donbas  


Bizi "telegram"da izləyin