Ordu.az “TASS” informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya ordusunun mətbuat xidmətindən məlumat verilib.
“S-400 Triumf yer-hava raket kompleksləri Primorski diyarının hava fəzasını müdafiəsi üçün öz mövqelərinə yerləşdirilib”, - deyə məlumatda bildirilib.
Hava müdafiə alayı daha öncə də özünün müdafiə sahəsində dəyərini təsdiqləyən S-300-ləri işlək vəziyyətə gətirib.
Yeni sistemlər isə 600 kilometr məsafədən hədəfləri müəyyən etməyə qadirdir.
Rusiyanın S-400 “Triumf”u 2007-ci ildə istifadəyə verilən ən son model müdafiə sistemləridir. Bu sistem 400 km məsafədən və 30 km yüksəklikdəki hədəfləri vura bilir.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Leninqrad regionundakı S-400-lər də döyüşə hazır vəziyyətə gətiriləcək.
Ağalar Ağalarlı
Ordu.az