Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bəyan edib.
Rusiya prezidenti bu faktı nəzərə almağa səsləyib. O həmçinin ABŞ-ın Yaxın və Ortaq Mənzilli Raketlərin Məhv Edilməsi üzrə Müqavilənin şərtlərini pozduğunu bəyan edib.
Putinin sözlərinə görə, Vaşinqton guya Moskvanın müqaviləni pozduğu halları axtarmaq bəhanəsi ilə özü onun pozulmasına səbəb olur.
“Birləşmiş Ştatlarda raketdən müdafiə sistemlərinin sınaqdan keçirilməsi üçün istifadə olunan hədəf raketlər yaxın və orta mənzilli ballistik raketlərə bərabərdir. Onlar artıq var və istifadə edilirlər. Onların ABŞ-da istehsal olunması Yaxın və Ortaq Mənzilli Raketlərin Məhv Edilməsi üzrə Müqavilə ilə qadağan edilən texnologiyaların istifadə edilməsindən xəbər xəbər verir”, - deyə Rusiya prezidenti bildirib.
Ağalar Qəribov
Ordu.az