Bondaryev: "ABŞ-a Suriyada hərbi mövcudluğu qoruyub saxlamaq lazımdır"

2017/12/Bondaryev_1513940186.jpg
Oxunub: 372     19:01     22 Dekabr 2017    
“ABŞ Suriyada qalmaq üçün “xoşməramlı” səbəb axtarır, onların bu ölkədə müharibənin hələ də getdiyini bildirməsi məhz bununla əlaqədardır”.

Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurası müdafiə və təhlükəsizlik üzrə komitəsinin rəhbəri Viktor Bonderyev bəyan edib.

“Amerikalılara Suriyada hərbi mövcudluğu qoruyub saxlamaq lazımdır, məhz buna görə onlar guya orada müharibənin davam etdiyini bildirirlər. Əslində, hazırda hər yerdə sülh prosesi və ölkənin bərpa olunması prosesi gedir. Yeni məlumatlara görə, artıq sülh prosesinə 2313 yaşayış məntəqəsi qoşulub”, - deyə Bondaryev bildirib.

Qeyd edək ki, daha öncə ABŞ prezidentinin İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Brett MakQerk Suriyada İŞİD-lə mübarizənin hələ bitməyini bəyan edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Suriya   Rusiya   İŞİD   Bondaryev  


Bizi "telegram"da izləyin