Azərbaycanın NATO kalibrində ilk silahı - YALQUZAQ

2017/12/456456_1513864327.jpg
Oxunub: 6294     21:21     21 Dekabr 2017    
Yalquzaq snayper tüfəngi Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) mühəndisləri tərəfindən yaradılıb.Bu yüngül çəkili snayper tüfəngi barədə məlumatı ictimaiyyətə 2012-ci ilin dekabr ayında nazir Yavər Camalov açıqlayıb. Snayper tüfəngi 2012-ci il, dekabrın 17-də dövlət başçısına təqdim olunub.

Müdafiə Sənayesi Nazirliyi fəaliyyət göstərdiyi 12 il ərzində Azərbaycan Silahlı Qüvvələrinin və digər güc strukturlarının hərbi texnika, silah, mühəndis texnikası, ehtiyat hissələri, döyüş sursatları və digər müdafiə təyinatlı məhsullarla təmin etdir. Hazırda milli Ordunun təchizatının önəmli hissəsini MSN tabeliyində olan yerli müəssisələrin hesabına ödənilməsinə nail olunub. Qısa müddətdə yeni silahların yaradılması və istehsalı sahəsində uğurlara imza atan MSN-in mütəxəssisləri tərəfindən hazırlanan silahların çeşidi ilbəil genişləndirilir.

Azərbaycan MSN-in mühəndisləri tərəfindən yaradılan məhsullar arasında snayper tüfəngləri xüsusi yer tutur. 2008-ci ildə “İstiqlal” (İST-14.5) snayper tüfəngi ilə debüt edən MSN sonrakı illərdə bu sıraya “İstiqlal” ailəsindən 12.7 mm çaplı digər silahı (“Mübariz”), 7.62×51 mm çaplı “Yalquzaq” və 7.62×54 mm “Yırtıcı” adı verilmiş digər snayper tüfəngini daxil etdi.

Ordu.az bu dəfə Sizlərə artıq seriyalı istehsalına start verilmiş “Yalquzaq” snayper tüfəngi haqqında məlumat verəcək.

Azərbaycanın NATO kalibrində ilk silahı

7.62×51 mm(308 Win) çaplı “Yalquzaq”Azərbaycan MSN-in mühəndisləri tərəfindən yaradılmış və tam olaraq NATO standartlarına cavab verən ilk milli silahdır. Məhz “Yalquzaq” snayper tüfənginin özəlliklərindən bəhs edilərkən ilk olaraq bu məqamın üzərində dayanılır. Snayper tüfənginin yaradılmasından istehsalına qədər bütün proseslər tam şəkildə MSN-in yerli müəssisəsində həyata keçirilir. Əvvəllər lülə və bəzi kiçik detalları idxal edilirdisə, hazırda silahın bütün hissələri yerli zavodlarda istehsal olunur, yəni “Yalquzaq” 100% yerli zavodlarda istehsal olunan NATO standartına uyğun snayper tüfəngidir. Artıq digər atıcı silahlar üçün lülə istehsalı prosesinin MSN-də mənimsənilməsi prosesi tam yekunlaşıb.

“Yalquzaq” sınaqlar zamanı qoyulan tələbləri qarşılayaraq həm dəqiqlik, həm erqonomika, həm də keyfiyyət baxımından qarşıya qoyulan tələblərə tam cavab verdiyini sübuta yetirib. Hazırda seriyalı istehsalı mərhələsində olan snayper tüfənginin paralel olaraq bir çox NATO ölkələrinin Silahlı Qüvvələrinində uğurla sınaqdan keçib.

Eksperimental nümunəsi ilk dəfə 2012-ci ilin dekabr ayında prezident İlham Əliyevin iştirakı ilə keçirilən mərasimdə təqdim olunan “Yalquzaq” sonrakı dövrlərdə Türkiyədə İDEF-2013 və İDEF-2015, Malayziyada DSA-2014, Birləşmiş Ərəb Əmirliklərində İDEX-2015 və Bakıda ADEX-2014 beynəlxalq müdafiə sərgilərində MSN tərəfindən nümayiş etdirilib.

MSN rəsmilərinin sözlərinə görə, bir sıra ölkələrdən bu snayper tüfənginə ciddi maraq ifadə olunub və hazırda bir sıra ölkələrə ixracatı istiqamətində görüşlər olub. Hazırda Türkiyə, Pakistan, ABŞ, Qazağıstan və Əfqanıstan Silahlı Qüvvələrinin silahlanmasında “Yalquzaq” snayper tüfəngindən istifadə olunur.

Çəkisi boş halda 7.1 kq təşkil edən “Yalquzaq” snayper tüfəngi 10 patron tutumlu daraqla dəstləşdirilir və dəqiqədə 10-15 atəş tezliyinə malikdir. Qeyd edək ki, snayper tüfənginin ümumi uzunluğu 1170 mm, lüəsinin uzunluğu isə 660 mm təşkil edir. Qundağı yığılmış vəziyyətdə isə silahın uzunluğu 950 mm olur. Teleskopik qundağın uzunluğu atıcının anatomiyasına uyğun olaraq 75 mm-dək tənzimlənir.

Snayper tüfəngi baza versiyada və ixraca MSN “Alov” zavodunun istehsalı olan STON optik nişangahlarla dəstləşdirilən şəkildə təklif olunur. “Yalquzaq”dan optik nişangahla 1000 metrə, mexaniki nişangahla isə 600 metrə qədər məsafədə yerləşən hədəflərə sərrast atəş açmaq mümkündür.

Qeyri-avtomatik (bolt action) əl ilə doldurulan iş prinsipinə malik “Yalquzaq” snayper tüfəngi müxtəlif istismar şərtlərində havanın 93-97% nisbi rütubətliliyində, 50 dərəcə soyuq və istidə, yağış, toz və qarlı şəraitdə istismar oluna bilir. “Yalquzağ”ın hissələri yüksək möhkəmliyə malik alüminium xəlitədən hazırlanıb. Testlərdən əldə edilmiş nəticələr əsasında silah əvvəlki nümunəsi ilə müqayisədə ümumi konstruksiya və ballistik xüsusiyyətlər saxlanılmaqla, müəyyən dəyişikliklərə məruz qalıb.

Mütəxəssislərin dəyərləndirmələrinə görə, yaradılması və inkişafı çox diqqətlə və dəqiqliklə həyata keçirilmiş “Yalquzaq” özünün taktiki-texniki xüsusiyyətlərinə görə, son 10 ildə dünyada öz sinifində populyar olan JNG-90 “Bora-12” (Türkiyə), “Truvelo CMS-7.62” (CAR), CDX Lite, CDX Tac (Kanada), “Orsis T-5000” (Rusiya), Accuracy International AX308(İngiltərə), APR 308 (İsveçrə) kimi snayper tüfəngləri ilə rəqabət apara biləcək silahlardandır. Hətta bəzi göstəricilərinə görə adıçəkilən rəqiblərindən üstünlüklərə sahibdir.

“Yalquzaq” snayper tüfəngində atəş zamanı nişanalma əməliyyatını rahatlaşdırmaq üçün yığılan qundağın konstruksiyasında qalxma hündürlüyü nizamlanan yanaq və yuxarı-aşağı hərəkət edən arxalıq nəzərdə tutulub.

Qundaq hissə və yanaq atıcının bədən ölçülərinə uyğun tənzimlənir. Bundan başqa, “Yalquzaq”da qundaq yürüş vəziyyətində sola doğru qatlanır. Müqayisə üçün bildirək ki, qeyd olunan tətbiq öz sinfində tanınmış Türkiyə istehsalı olan JNG-90 “Bora-12” snayper tüfəngində mövcud deyil.

Sözügedən silahdan istifadə edən peşəkar hərbçilərin sözlərinə görə, “Yalquzaq” bu və digər xarakteriskalarına görə, həm “Bora-12”, həm də CAR-ın “Truvelo” şirkətinin CMS-7.62 snayper tüfənglərini üstələyir. Qundağın qatlanması öz növbəsində həm silahın daşınmasını asanlaşdırır, həm də sola qatlanma döyüşçülərə tüfəngdən qundaq yığılmış vəziyyətdə belə atışlar həyata keçirmək imkanını qazandırır.

Mütəxəssislərin fikrincə, bəzi istehsalçılar hərəkətdə olarkən, yaxud paraşütlə tullanma zamanı çaxmağın düşməsini düşünərək, snayper tüfənglərində qundağın sağa yığılmasını tətbiq edirlər. Bu da qundaq qatlanılmış halda atəş açmağa maneçilik yaradır. “Yalquzaq”da çağmağın zərbədən yerindən çıxıb düşmə imkanı yoxdur və bu səbəbdən silahda qundağın sola qatlanması prinsipi tətbiq olunur.

Bütün bu göstəricilər nəzərə alınmaqla, daşınma rahatlığı və erqonomikası baxımından “Yalquzaq” xüsusi təyinatlılar və hava-desant qoşunları üçün ideal seçim hesab oluna bilər. Silahın ön hissəsində ikiayağı və qundaq altında isə qatlanan dayaq tətbiq edilib ki, bu da atışlar zamanı yüksək dəqiqliyin təmin edilməsində mühüm rol oynayır. Atıcı ayaq üstə olduğu zaman ikiayağı yığmaqla silahdan atəş aça bilir. Sərt ayaqlar atış zamanı titrəmə yaratmır. Silahın tapança dəstəyi kompozit materaldan hazırlanıb və atıcının əlinə sabit oturması ücün işlənib. Silahda tətbiq olunan yeni texnologiya geriyə təpmənin maksimum azaldılmasına gətirib çıxarıb ki, bu da ikinci atəşin açılması zamanının qısalmasına səbəb olub. Bu isə snayper üçün çox vacib elementdir.

Mütəxəssislərin sözlərinə görə, “Yalquzaq” snayper tüfəngində Azərbaycan hərbi sənayesində ilk dəfə olaraq tətiyin tənzimlənməsi mexanizmi tətbiq edilib. Bu da tətik mexanizminin sərtliyini, məsafəsini atıcının rahatlığı üçün öncədən nizamlamağa imkan verir. Tüfəngin zərbə-tətik mexanizmi xüsusi dizayn üzrə hazırlanıb (3 elementdən ibarətdir) ki, bu da qısa zaman kəsiyində ona texniki qulluq göstərməyə və dəyişməyə imkan yaradır.

Snayper tüfəngində təkmilləşdirilən lüləağzı əyləcdən istifadə olunur. Əyləc dəyişən və çoxkameralıdır. Bu müxtəlif əməliyyatlar zamanı fərqli konstruksiyalı əyləclərdən istifadə etmək imkanı qazandırır. Əməliyyat ehtiyaclarına uyğun olaraq “Yalquzaq” həm də müxtəlif ölkələrin istehsalı olan səsboğucu ilə də dəstləşdirilə bilir.

Silahın lüləsində əlavə sərtlik, çəkinin yüngülləşdirilməsi və soyumanın yaxşılaşdırılması məqsədi ilə kanallar açılıb. Lülənin qutu ilə birləşdiyi müstəvidə yeni bir qurğu–montaj şınası nəzərdə tutulur. Bu örtüyün yan hissələrində olan açıq sahələr atəş zamanı lüləyə əlavə soyudulma funksiyası gətirir ki, bu da öz növbəsində lülənin davamlılığını və xidmət müddətini artırır.

Məhz lülənin üzərində açılımış kanallar lülənin soyudulması və onun hava axınını lazımınca istifadə etmə funksiyasını mühəndislərimizin silah yaradıcılığında uğuru kimi qiymətləndirmək olar. Yuxarıda qeyd olunduğu kimi, bu yanaşma həm lülənin yüngüllüyünü, həm soyudulmasını,həm onun istismar müddətinin artmasını və sonda isə silahın keyfiyyətli və dəqiq atəş açması funksiyasını yüksəldir.

Silahın mühüm özəlliklərindən biri də üzərində optika və müxtəlif aksesuarlarla dəstləşdirmək üçün MİL 1913 NATO standartına uyğun “Picatinni” tipli tamasaların olmasıdır. MSN müəssisəsində hazırlanmış bu tamasalar vasitəsilə silahın üst qisminə və yanlarda müxtəlif aksesuarların əlavə edilməsi imkanları mövcuddur.

Hazırda MSN-də snayper tüfəngləri ailəsinə məxsus olan, 3000 metr atəş məsafəsinə malik olan 23 mm çaplı yeni snayper tüfənginin seriya istehsalına hazırlaşır. Bəzi silahdan ciddi anlayışı olmayan, amma özündən razı mütəxəssislər iri çaplı snayper tüfənglərinin ağır olması səbəbindən, onların döyüşdə effektiv olmayacağı barədə mənasız fikirlər səsləndirirlər.

Bu tip silahları əslində “snayper əleyhinə snayper” tüfəngi adlandırsaq, daha düzgun olardı. 500-600 metrdən (1300 metr effektiv atəş açan SVD nağıldan başqa bir şey deyil) atəş açan düşmən snayperini, yüngül zirehli PD, RLS stansiyalarını, zenit- raket batareyalarını, tağım, bölük, bəzən taborun komanda məntəqələrini 1000-3000 metr məsafədə məhv etmək üçün nəzərdə tutulub. 3000 metr məsafəni təhlükəli hesab edən düşmən adı çəkilən obyektlərini məcburən ön xətdən həmin məsafəyə qədər geriyə çəkməlidir. Bu adı çəkilən obyektləri dərin mühəndis qurğularında, məsələn səngərdə, blindajda və s. gizlətmək mümkün deyil.

Hər biri üz funksiyasını yerinə yetirmək üçün müşahidə sektoruna malik olmalı və hakim yüksəklikdə yerləşməlidir. Bəziləri bu funksiyanı PDM-2, 3 və ZPD-82 texnikasının edə biləcəyini deyə bilərlər. Snayperi hər nöqtədə maskalanma qaydalarına riayət edərək yerləşdirmək və eyni qaydada yerdəyişməsini də həyata keçirmək mümkündür. Texnikanı isə o qədər sayda və istənilən yerdə yerləşdirmək heç bir halda-nə iqtisadi, nə hərbi baxımdan mümkün deyil.

Digər tərəfdən müdafiə silahları və hücüm silahları deyilən bir anlayış var. Müasir əsgərin yerini, vəziyyətini, yorulduğunu, qan təzyiqini, ürək döyüntüsünü texnologiya sayəsində özündən əvvəl komandiri görür. Bəziləri isə hələ də bütün əməliyyatların eyni silahla həyata keçirilməsindən canlarını qurtara bilmir.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Yalquzad   Snayper   MSN  

Azərbaycanın NATO kalibrində ilk silahı - YALQUZAQ

2017/12/456456_1513864327.jpg
Oxunub: 6295     21:21     21 Dekabr 2017    