Ordu.az erməni KİV-lərinə istinadən xəbər veri ki, bu gün saat 09:00 radələrində Qeğarkunik vilayətinin Torfavan kəndinin sakini 42 yaşlı Samvel Karcikyan Tsovaqyuğ-Vardenis yolunda idarə etdiyi ВАЗ 2107 markalı avtomobillə qəza törədib.
Maşın 30 metr məsafədə bir neçə dəfə fırlanaraq, əkin sahəsinə yuvarlanıb. Karcikyan, hadisə yerində ölüb.
Ermənistan istintaq komitəsinin 5-ci qarnizon istintaq şöbəsində Ermənistan ordusunun müqaviləli hərbi qulluqçusu, baş leytenant Samvel Karcikyanın ölümü ilə nəticələnən qəzanın araşdırılması üçün cinayət işi qaldırılıb.
Alpər Mövludoğlu
Ordu.az