Aclıq aksiyası keçirən tələbə "od püsgürdü" - Ermənistanın əsl reallıqları

2017/12/David-Petrosyan45645_1513859710.jpg
Oxunub: 413     20:16     21 Dekabr 2017    
Aclıq aksiyası keçirən erməni tələbə David Ermənistan ordusundakı və cəmiyyətdəki bir sıra problemlərə toxunub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, "Elmin İnkişafı naminə" təşəbbüs qrupunun üzvləri David Petrosyan və Yuri Avagyan üçüncü gündür aclıq aksiyasını davam etdirirlər. Təşəbbüs qrupunun üzvləri, yeni qanunla nəzərdə tutulmuş akademik möhlət hüququnun məhdudlaşdırılmasına qarşı mübarizə aparır.

İrəvan Dövlət Universitetinin auditoriyalarının birində David "Facebook"dakı öz səhifəsində canlı yayım edib. Əgər buna ciddi ehtiyac olmazsa artıq həkimləri sağlamlıq vəziyyətlərini yoxlamaq üçün içəri buraxmayacaqlarından danışıb.

"Biz hazırda həkimləri içəri buraxıb-buraxmamaq haqqında müzakirə aparırıq. Həkimlər gəlib başqa şeylərdən danışırlar. Əgər bizim səhhətimiz pis olarsa, biz özümüz ilk olaraq bu barədə məlumat verəcəyik. Hazırda bura həkim girməsinə ümumiyyətlə ehtiyac yoxdur" -deyə tələbə Davit canlı yayımda bildirib.

O, orduda mövcud bir sıra problemlər, müxtəlif sosial-siyasi reallıqlar haqqında kifayət qədər geniş çıxış edib. İctimaiyyət arasında bir-birinə qarşı etimadın aşağı səviyyədə olduğuna diqqət çəkib. Bunun əsas səbəbinin sosial problemlərdə olduğunu göstərməklə yanaşı, laqeydliyin, passivliyin təhlükələrini də vurğulayıb.

Gənc erməni fəalın müşahidələrini təqdim edirik

- Biz heç vaxt problemin cəmiyyətdə olduğunu, cəmiyyətin belə hakimiyyətə və bu cür qanun qəbul olunmasına layiq olduğunu deməyəcəyik, ictimaiyyəti günahlandırmayacağıq. İnsanlar düşünməməlidir ki, heç nəyi dəyişmək mümkün deyil. Hər bir şəxs öz üzərində məsuliyyət hiss etməlidir, hər bir şəxs hər hansı dəyişikliyə getməyə və bu yolda nəisə qurban verməyə hazır olmalıdır. Biz o səviyyəyə çatanadək, bizdə bu kimi problemlər davam edəcək.

İki sözlə ordu haqqında danışmağa çalışacam.....

Biz xidmət etmişik və xidmət etmiş dostlarımız da var. Orduda çox ciddi problemlər var. Elə problemlər var ki, onlar haqqında məsələ qaldırmaq lazımdır. Əgər bu edilmirsə daha başqa nədən danışmaq olar. Bu süni alınır.

Məlum sadə telefon probleminə qayıdaq. Biz “xalq-ordu” layihəsindən danışırıq. Ancaq indiyədək orduda telefon məsələsi qaydaya salınmayıb. Bu ordu xalqla necə əlaqə saxlayır. Bu tənzimlənməmiş problem ucbatından tabordan başlayaraq ön xəttdəki xidmət yeri olan posta qədər əsgər-zabit, əsgər-əsgər qarşılıqlı münasibətlərində problemlər yaranır. Bu əsgər-zabit münasibətlərində maneə yaradır. Bu qeyd olunan problemin həlli məqsədilə hər bir manqanın öz üsulunun olmasına səbəb olur. Bu isə öz növbəsində qarışıqlığa, intizamın aşağı düşməsinə səbəb olur və digər sahələrədə təsir edir. Cəmiyyət arasında etimadın mövcud aşağı səviyyədə olması orduya da nüfuz edir. Bu ümumi səmərəliliyin aşağı düşməsinə səbəb olur.

Məzuniyyətlər haqqında danışaq....

Hər bir əsgərə karantin dövründə 10 gün, ondan sonra 5 gün məzuniyyət verilir. Elə əsgərlər olur ki, həmin 5 gün məzuniyyət verilmir. Həmin 5 günlük məzuniyyəti necə alırlar, əsgərlər necə çavuş olurlar, çavuş-əsgər, çavuş-zabit münasibətləri necə tənzimlənir.

Ordudakı subyektlər arasındakı münasibətlər mövcüd qanunlarla yox, şəxsi keyfiyyərlər üzərində qurulur.

Ancaq əgər doğrudanda narahat olan adamlar olsa bütün bunlar dəyişə bilər. Ordudakı problemləri sonsuzadək saymaq olar. Ancaq bizim təklif etdiyimiz seçim məhz bu abu-havanın dəyişdirilməsinə aid idi.

Hakmiyyət haqqında danışaq...

Onlarla bizim apardığımız bu 1 aylıq danışıqlar göstərdi ki, bu qanun qəbul edilməlidir. Biz bu qanunun qəbul edilməsinin səbəblərini elə də başa düşmədik.

Fərdi proqnozlar ola bilər, lakin rəsmi bəyanat qəbul etmək çox çətindir. Niyə hakimiyyət belə fəaliyyət göstərməyi bacarır. Ona görə ki, cəmiyyət tərəfindən təzyiq yoxdur. Cəmiyyət içərisində həmrəylik yüksək səviyyədə deyil. Biz bir-birimizlə dava etdiyimiz ərəfədə, erməni parlamentində biyabırcasına daha bir qanun qəbul edirlər. Bax beləcə davam edir. Bizim tərəfdən təzyiq olmadıqca, istənilən hakimiyyət bu cür davranacaq. Lakin təhlükə davam edir.

Qeyd olunan qanunun müasirləşdiriliməsindən danışaq...

Əgər və zabitlərin tərbiyəsi, təhsili səviyyəsi ilə problem varsa, səbəbini Vazgen Sarkisyan adına hərbi institutda axtarmaq lazımdır. Zabitlər orada necə təhsil alır, orduya hansı düşüncə ilə gəlirlər. Digər tərəfdən əgər bizim ordu problemimiz varsa, bu qanunla ordu problemi həll ediləcək? Dəfələrlə qeyd edilib ki, həll edilməyəcək və bunu hamımız bilirik.

Burada doğum səvviyyəsini, ölkəni tərketməni, sağlamlıq sistemini və korrupsiyanı qeyd etmək lazımdır. Ölkənin tərk edilməsinin qarşısının alınması üçün hansı addımlar atılıb, insanların evlənməsi və uşaqlarının olması məqsədilə ölkədə sosial iqtisadi vəziyyətin yaxşılaşdırılması üçün hansı tədbirlər həyata keçirilir? Səhhiyə sistemində korrupsiyanın aradan qaldırılması üçün hansı addımlar atılıb?

İndi isə bizim problemimiz barədə...

Qeyd olundu ki, möhlət hüququ institutunun mövcudluğunun korrupsiya riskləri var. Biz bunu qəbul edirik. Bu danışıqlardan 3 ay keçib. Hər hansı bir adamın korrupsiya yolu ilə qəbul olunduğuna, bu adam aspirant olmağa layiq deyil, bu adam magistr olmalı deyil... bu müəllim və ya bu universitetin dəstəyi və ya pulla daxil olduğuna dair bir fakt açıqlandımı? Belə bir fakt haqqında məlumat verilib? Xeyr olmayıb. İstər elm və təhsil nazirliyində, istərsə də müdafiə nazirliyində qeyd edirlər ki, bu sahələrdə korrupsiya var. Biz bilirik ki, var. Bəs bu korrupsiyanın harada olduğunu kim tapmalı, kim aşkar etməlidir? Bunu da tələbələr gəlib deməlidir ki, bu yerdə korrupsiya var?

Bütün bunlar onu göstərir ki, insanlar iradə nümayiş etdirməyə və dəyişikliyə getməyə hazır deyillər. Əgər hazır deyillərsə demək, istər öz yaxşılıqları, istərsə da ümumi xalq üçün orada olmamalıdırlar. Korrupsiya haradadır, buna kimlər cəlb edilib, möhlət institutu dəyərləndirilməyənədək...

Hörmətli vətəndaşlar ən müqəddəs şeylərdə daxil olmaqla hər bir hal səhv istifadə edildikdə dəyərdən düşür. İnstitutları onlarda mövcud olan problemlərə görə məhv etmək lazım deyil. Onda əgər belədirsə, bəyəm məhkəmə orqanları yaxşı işləyir? Əlbəttə ki, yox. O zaman gəlin məhkəmə orqanlarını da ləğv edək. Dövlət universitetindən razıyıq? Razı deyilik. Deməli gəlin ləğv edək. Gömrük sistemindən razıyıq? Razı deyilik. Deməli gəlin ləğv edək. Beləliklə biz hər şeyi ləğv edərik. Yalnız biz və bizim ailəmiz qalarıq, çünki biz yalnız ailəmizi qəbul edirik.

Bax beləcə fəaliyyət göstərən institutları ləğv etməklə biz hara gedirik? Təbliğat, populyarlıq təsirindən çıxmaq lazımdır. Problemlərin daha dərin köklərinə baxmaq lazımdır. Biz buna baxmayanadək bizi teatrdakı kukla yerinə qoyacaqlar. Mübarizə aparmaq üçün kim qışqırır, kim çağırır, kim öz son vəsaitlərini qoyur, həmin adamlarda bu iş alınmır. Beləliklə mübarizə aparmaq üçün bir şey qalmayanadək təkər fırlanacaq. Ancaq biz irəli sürdüyümüz məsələlərə cavab olacağına nikbin baxırıq və gözləyirik.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin