Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Cənub Hərbi Bazasının mətbuat xidməti məlumat yayıb.
“Dağ poliqonunda döyüş maşınlarının ekipajları maksimal şəkildə sürətlə müxtəlif maneələri, fərqli körpüləri, qapalı əraziləri və manevrləri dəf etməyi, kurqanlardan yayınmağı, mina partlayışı zamanı qapanmağı öyrənəcəklər”, - deyə məlumatda bildirilir.
Təlimlər dəniz səviyyəsindən 1,5 kilometr yüksəklikdə keçirilir.
Qeyd olunur ki, təlimlərdə 200-dən çox hərbi qulluqçu və 50-dən çox hərbi texnika istifadə olunur.
Ağalar Qəribov
Ordu.az