“Rusiya bu münaqişəni tənzimləyə bilməz. Nə Rusiya, nə də Birləşmiş Ştatlar. Rusiya İsrail və Fələstinə münasibətdə çox yaxşı məlum olan siyasətini davam etdirərək münaqişənin tənzimlənməsində ortaqlıq edə bilər”, - deyə Kreml nümayəndəsi bildirib.
Onun sözlərinə görə, hazırda həm İsrail, həm də Fələstin özləri Yaxın Şərqdə mövcud olan problemləri qəlizləşdirəcək addımlar atmamaqda maraqlı olmalıdırlar.
“Bunu onların əvəzinə heç kim edə bilməz”, - deyə Dmitri Peskov bildirib.
Ağalar Qəribov
Ordu.az