Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin illik yekunlara həsr olunan konfransda bildirib.
“Biz müqavilənin pozulması ilə bağlı şayiələr eşidirik. Bu təbliğat kampaniyası ABŞ-ın müqavilədən çıxması üçün lazımı şərtlərin təmin olunması məqsədilə aparılır”, - deyə Putin söyləyib.
O eyni zamanda əlavə edib ki, Vaşinqton faktiki olaraq müqavilənin şərtlərini pozmağa başlayıb, bu prosesin davam etməsi heç də yaxşı hal deyil, lakin bu da bilinməlidir ki, Rusiya ABŞ-ın hərəkətlərini təkrarlamayacaq.
Putin həmçinin Vaşinqtonun “New Start” (Strateji Silahların Azaldılması Müqaviləsi - red.) müqaviləsindən birtərəfli qaydada çıxmasının, beynəlxalq təhlükəsizliyi təhdid altında qoyacağına dair xəbərdarlıq edib.
Ağalar Ağalarlı
Ordu.az