ABŞ donanması Koreya üzərində hava müharibəsinə hazlaşır

2017/12/324324324_1512848229.jpg
Oxunub: 398     01:49     10 Dekabr 2017    
Cənubi Koreyada 5 gün ərzində davam edən təlimlərdə çoxlu sayda radioelektron mübarizə (REM) təyyarələri və döyüş təyyarələri daha çox diqqət cəlb edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ Donanması Şimali Koreya ilə mümkün müharibəyə hazırlıq məqsədi ilə keçirilən təlimlər üçün Cənubi Koreyada xüsusi REM-lər yerləşdirib

Beş EA-18G 200-dən çox ABŞ və Cənubi Koreya təyyarəsi və on minlərlə personalın iştirak etdiyi “Ayıq Tuz” adlı beş günlük ənənəvi döyüş oyununa qatılıb.

Cüt motorlu EA-18G-lərin iki nəfərlik heyət döyüşün ən təhlükəli mərhələsindən məsul olub. Rəsmi olaraq “düşmənin hava hücumuna müdafiə sistemlərinin dağıdılması” adlanan mərhələ qırıcıların öz hədəflərini təhlükəsiz vurmaları üçün rəqibin müdafiə sistemlərindən cığır açmağı nəzərdə tutub.

EA-18G-lər rəqibin radarlarını aşkara çıxarmaq və məhv etmək üçün xüsusi sensor qurğuları daşıyırlar. Lakin rəqibin müdafiə sistemlərini dağıtmaq üçün bu təyyarələr hədəfə təhlükəli dərəcədə yaxınlaşmalıdırlar. Bu təyyarələr Şimali Koreyada Rusiya və Çin istehsalı olan radarlar və ölümcül “yer-hava” tipli raketlərlə qarşılaşa bilər.

"Ayıq Tuz” təlimlərində önə çıxan ləvazimatlar əsasən REM döyüş təyyarələri olub. Təlimlər üçün altı F-22, altı F-35 və on iki ədəd F-35B Cənubi Koreyaya gətirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Cənubi-Koreya   Təlim  


Bizi "telegram"da izləyin