Əfqanıstanda nəzarət məntəqəsinə hücum – 11 ölü, 12 yaralı

2017/12/1159109_952_1512817631.jpg
Oxunub: 362     21:01     09 Dekabr 2017    
Əfqanıstanda nəzarət məntəqəsinə edilən hücumda 3 əfqan əsgərini öldürülüb.

Ordu.az “foxnews” xəbər agentliyinə istinadən xəbər verir ki, bu haqda Qəzni vilayəti rəhbərliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, ölənlərdən əlavə 2 əsgər yaralanıb. Terrorçuların isə 8 ölü, 10 yaralısı var.

Talibanın nümayəndəsi Zabihullah Mücahid hücumun məsuliyyətini öz üzərinə götürdüklərini açıqlayıb. O qeyd edib ki, Taliban döyüşçüləri nəzarət nöqtəsini, silah və patronları ələ keçirib.

Taliban son zamanlarda Əfqanıstan Təhlükəsizlik Qüvvələrinə qarşı hücumlarını artırıb və bölgə daxilində bir neçə bölgənin nəzarətini ələ keçirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Taliban  


Bizi "telegram"da izləyin