Ordu.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp çərşənbə günü Qüdsü İsrailin paytaxtı kimi tanıyıb.
Bu qərarla bağlı bəyanat verən İraq hökuməti qərarın bölgənin və dünyanın sabitliyini riskə atacağından narahat olduğunu bildirib.
“ABŞ administrasiyası ekstremizm və terrorizm üçün əlverişli şərait yaradacaq hər hansı addımların atılmasının qarşısını almaq üçün bu qərarını geri götürməlidir”, - deyə bəyanatda bildirilir
Xatırladaq ki, ABŞ İraqda İŞİD-ə qarşı apardığı müharibədə xüsusi rol oynayan koalisiyaya rəhbərlik edir. Hal-hazırda İraqda 5000 ABŞ hərbçisi fəaliyyət göstərir.
Ağalar Ağalarlı
Ordu.az