Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə BMT rəsmi nümayəndəsinin müavini Fərhan Hak bəyan edib.
“Artıq dəstəyə ehtiyac duyan insanların sayı və zəruri yardımın növünü müəyyənləşdirəcək növbəti missiyanın tarixi müəyyənləşdirilib”, - deyə Hak bildirib.
Qeyd edək ki, daha öncə Rusiyanın Suriyada fəaliyyət göstərən Münaqişə Edən Tərəflərin Barışığı Mərkəzi BMT nümayəndələrinin Deyr əz-Zorda vəziyyətlə tanış olmaları, terrorizm qurbanı olan insanlara hansı üsulla kömək edə bilmələri ilə bağlı araşdırma apardıqlarını qeyd edib.
Ağalar Qəribov
Ordu.az