Ordu.az “Fox News” telekanalına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli telekanalın efirində bildirib.
“Si Tsinpinlə prezident Tramp arasında bütün telefon danışıqlar istisnasız olaraq pozitiv yöndə keçirilib. Tramp Sidən Pxenyana neft tədarükünü kəsmək xahişi edib, çünki son dəfə belə hadisə baş verəndə, Şimali Koreya danışıqlar masasında əyləşmişdi. Çin sanksiyalar kursuna əməl edib və biz bu yolda əhəmiyyətli proqressin şahidi oluruq. Lakun ÇİN ABŞ-ın istədiyi qədər irəliləməyib”, - deyə Heyli Çin Xarici İşlər Nazirliyinin ABŞ-a Pxenyanın provokasiyalarından çəkinmək çağırışının Vaşinqtonun KXDR-ə güc tətbiq edəcəyi təqdirdə Pekinin Birləşmiş Ştatlara qarşı dura bilməsinin mümkünlüyü ilə bağlı verilən suala cavab olaraq deyib.
Ağalar Qəribov
Ordu.az