Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə bu gün Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Uzaq məsafə aviasiyasının uçuşu İndoneziya Respublikasının “Biak” aerodromundan həyata keçirilib. Uçuşun davametmə müddəti 8 saatdan çox olub”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Rusiya Aerokosmik Qüvvələrinin uzaq məsafə aviasiyası davamlı olaraq Arktika, Şimali Atlantika, Qara Xəzər dənizləri, həmçinin sakit okean üzərində nəzarət-müşahidə uçuşları həyata keçirir.
Ağalar Qəribov
Ordu.az