Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsi mətbuat xidmətinin rəhbəri Vadim Astafyev bəyan edib.
“Xüsusi kurs çərçivəsində payızda hərbi xidmətə çağırılan gənc snayperlər düşmənin çaş-baş salınması üçün yanlış atəş mövqeləri yaratmağı, gizli hərəkətlə əsas mövqeyə çıxmağı və düşmənlə qəfil görüş zamanı maskalanmağı öyrənəcəklər”, - deyə Astafyev bildirib.
O əlavə edib ki, snayperlərin qəliz dağlıq ərazi şərtlərində bölmə və qruplar şəklində öyrədilməsinə də xüsusi diqqət göstəriləcək.
Ağalar Qəribov
Ordu.az