Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə NATO baş katibi Yens Stoltenberq bəyan edib.
“Razılaşdıq ki, bizim 2016-cı ildə keçirlən Varşava saamitindəki Rusiyaya münasibətdə dialoq və müdafiə yanaşmasına dair razılaşmamız effektivdir. Biz iqtisadi sanksiyaları qüvvədə saxladıq və hərbi kommunikasiya xətlərindən istifadə edirik”, - deyə Stoltenberq bildirib.
Onun sözlərinə görə, nazirlər növbəti ilin iyulunda keçiriləcək saamitdə çəkindirmə və müdafiəni möhkəmləndirməyə, xoşməramlı dialoqu davam etdirməyə və Şərqi Avropadakı müttəfiqlərimizi dəstəkləməyə davam etməklə bağlı razılığa gəliblər.
Ağalar Qəribov
Ordu.az