“NATO-nun əsas hərbi orqanı olan Hərbi Komitənin rəhbəri, general Petr Pavel və NATO Birləşmiş Silahlı Qüvvələrinin Avropada baş komandanı, general Körtis Skaparrotti Rusiya Baş Qərargah rəisi, general Valeri Gerasimovla bilavasitə əlaqələr yaratmaqda maraqlıdırlar”.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə NATO baş katibi Yens Stoltenberq bəyan edib.
“Hərbi kommunikasiya xətlərinin uzun müddət istifadə olunmamasından sonra bu xətlər həm Hərbi Komitə rəhbəri, həm də Birləşmiş Sialhlı Qüvvələr rəhbəri tərəfindən istifadə edilir. Onlar hər ikisi Rusiya Baş Qərargah rəisi Gerasimovla bilavasitə əlaqələyə malik olmaq üçün bu rabitə kanallarının işləkliyini qorumağa çalışırlar”, - deyə Stoltenberq bildirib.
Ağalar Qəribov
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
NATO
Rusiya