Zabaykalyedə “İskəndər-M”lərlə ilk təlim keçiriblər

2017/12/iskander-m-missiles-2345345_1512557144.jpg
Oxunub: 458     18:44     06 Dekabr 2017    
Zabaykalsk diyarında “İskəndər-M” yeni taktiki raket kompleksləriylə praktiki olaraq ilk məşqlər keçirilib.

Ordu.az Voennoe.rf saytına istinadən xəbər verir ki, bu barədə bu gün Rusiya Şərq Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Təlimlər zamanı “İskəndər-M” raket zərbələri üçün hazırlanıb və elektron atəşlər həyata keçirilib.

Həmçinin təlimlər çərçivəsində kompleksin döyüş vəziyyətinə gətirilməsi üzrə hərbçilərin bacarıqları yoxlanılıb.

Qeyd edək ki, Şərq Hərbi Dairəsi “İskəndər-M” raket kompleksləri ilə 2017-ci ildə təchiz edilib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İskəndər-M   Təlim  


Bizi "telegram"da izləyin