Ordu.az “Krasnaya qazeta” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Hərbi Dəniz Donanmasının baş komandanı, admiral Vladimir Korolyev bildirib.
“Hərbi Dəbiz Donanması qüvvələrinin planında dənizlərdə 500-dən çox təlimin keçirilməsi nəzərdə tutulub”, - deyə admiral bildirib.
Korolyevin sözlərinə görə, HDD dənizçiləri həmçinin Rusiya və Çinin birgə təlimləri olan “Dəniz tərəfdaşlığı-2018” və “İndra” Rusiya-Hindistan dəniz təlimlərində iştirak edəcəklər.
Eyni zamanda Rusiya HDD qüvvələri Beynəlxalq Hərbi Oyunlarda da iştirak edəcək.
“2017-ci ilin dekabrından 2018-ci ilin iyuluna qədər donanmanı əsas hərbi-dəniz paradına intensiv hazırlıq gözləyir”, - deyə admiral vurğulayıb.
Ağalar Qəribov
Ordu.az