Rusiya Sakit okean donanmasının gəmiləri İndoneziyaya gəlib

2017/11/1498735885345345_1511778610.jpg
Oxunub: 1618     18:27     27 Noyabr 2017    
Rusiya Sakit okean donanmasının bir neçə gəmisi başda “Admiral Panteleyev” qayıq əleyhinə gəmi və “Boris Butoma” böyük dəniz tankeri olmaqla qeyri-rəsmi səfərlə İndoneziyaya gəlib.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Sakit okean donanması hava hücumundan müdafə üzrə informasiya təminatı şöbəsinin rəhbəri Nikolay Voskresenski bildirib.

Yerli sakinlərin Rusiya gəmiləri ilə ekskursiyasının təmin olunması, həmçinin dənizçilərlə idman yarışlarının keçirilməsi gözlənilir.

Gəmilərin İndoneziyaya qeyri-rəsmi səfəri noyabrın 30-dək davam edəcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İndoneziya   HDQ   Rusiya  


Bizi "telegram"da izləyin