Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri bəyan edib. Gəmi 56 ədəd qanadlı “Tomaqavk” raketi ilə təchiz olunub, dənizin qərb sahillərinə doğru istiqamətlənib.
“Ceyms Uilyams” daha öncə Səduiyyə Ərəbistanına məxsus Ciddə limanında idi. Gəmi Qırmızı dəniz, Bosfor boğazını keçərək Qara dənizə keçib.
“İnterfaks” agentliyinin məlumatına görə, cari ilin avqustunda gəmi həmçinin Latviya limanlarından birində də olub.
Xatırladaq ki, Vaşinqton Hərbi Dəniz Qüvvələrinin gəmilərini “İncis” hava hücumundan müdafiə sistemləri ilə təchiz etmək niyyətindədir.
Ağalar Qəribov
Ordu.az