Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə İraq hökumət qüvvələrinin komandanlığı bəyan edib.
Məlumatda qeyd olunur ki, ordu Suriya-İraq sərhəddi boyunca 6 min kvadrat kilometr ərazidə nəzarəti ələ ala bilib.
Bildirilir ki, hazırda İraq ordusu ölkənin qərb hissəsində yerləşən 77 yaşayış məntəqəsini İŞİD-dən azad edib.
Suriyanın SANA agentliyin məlumatına görə, Anbar və Səlah-əd-Din vilayətləri də terrorçulardan təmizlənib.
Ağalar Qəribov
Ordu.az