102-ci bazada hərbi kinoloqların hazırlanmasına başlanılıb

2017/11/1509198196345345_1511259443.jpg
Oxunub: 422     18:16     21 Noyabr 2017    
Rusiyanın Ermənistan ərazisində yerləşən Cənub Hərbi Dairəsinin 102 saylı hərbi bazasında hərbi kinoloqların iştirak etdiyi təlimlər başlanıb.

Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsi mətbuat xidmətinin rəhbəri Vadim Astafyev bildirib.

Təlimlər ərəfəsində dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşən ərazilərdə soyuq şəraitinə uyğunlaşmaya dair giriş kursu keçirilib. Təlimlər Gümrü hərbi qarnizonunda yerləşən gözətçi itlərin hazırlanması üzrə ixtisaslaşmış məşq kompleksində keçirilir.

Təlimlərdə 50-yə yaxın hərbi xidmətçi və 30-a yaxın müxtəlif cinsdən olan itlər iştirak edir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: 102-baza   Kinoloq  


Bizi "telegram"da izləyin