Fillipin prezidenti ASEAN sammitini açıq elan etdi

2017/11/orig-15105441448e0ec40b7696ff793fbce06b18bb0427345345_1510553522.jpeg
Oxunub: 809     14:09     13 Noyabr 2017    
Bu gün Filippinin paytaxtı Manilada Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) 19 ölkə liderinin iştirak etdiyi 31-ci sammitin açılış mərasimi olub.

Ordu.az xəbər verir ki, bu barədə TASS informasiya agentliyi məlumat yayıb.

Sammiti Fillippin prezidenti Rodriqo Duterte açıq elan edərək, öz çıxışını Fillipin ordusu tərəfindən bir ay əvvəl Maravi şəhərinin terrorçulardan azad edilməsi barədə məlumatın verilməsi ilə başlayıb. Duterte Filippinə terror təhlükəsi ilə mübarizdə onlara yardım edən beynəlxalq təşkilatın üzvlərinə minnətdarlığını bildirib.

Qeyd edək ki, ASEAN sammitləri ildə iki dəfə - payızda və yazda keçirilir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASEAN   Duterte  


Bizi "telegram"da izləyin