Ordu.az xəbər verir ki, bu barədə bu gün İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Pilotsuz uçuş aparatı Colan təpələri üzərindən uçaraq İsrailin hava məkanına daxil olmağa cəhd edib. Dronun hansı ölkəyə aid olması məsələsi barədə bəyanatda heç nə deyilmir.
“İsrail havadan müdafiə qüvvələri ölkənin hava məkanında daxil olmaq istəyən PUA ələ keçirib”, - deyə bəyanatda qeyd edilib.
PUA-nın ələ keçirilməsi üçün “Patriot” zenit raket kompleksindən istifadə edildiyi qeyd edilib.
Ağalar Qəribov
Ordu.az