İŞİD-in İraqdakı son sığınacağına hücum başladı

2017/11/1496015260435345_1510391687.jpg
Oxunub: 448     17:14     11 Noyabr 2017    
İraq ordusu İŞİD-in ölkədəki sonuncu sığınacağına - Suriya sərhədinin yaxınlığında yerləşən Rəva şəhərinə hücuma başlayıblar.

Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə İraq ordusunun komandanlığı məlumat yayıb.

“Hərbi birləşmələr və xalq qoşunları Ruman rayonunun və Rəva şəhərinin azad edilməsinə dair irimiqyaslı əməliyyata başlayıblar”, - deyə əməliyyata rəhbərlik edən Abdel-Əmir Yarallanın bəyanatında qeyd edilir.

Hazırda, irqalı hərbçilər əl-Qaimi azad edərək Suriya ilə sərhəddə nəzarət buraxılış məntəqəsinin bərpasında nail olublar.

İraq hərbçilərini dəstəkləyən ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya isə, İraqın İŞİD-dən təmamilə azad olunduğunu bəyan edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İŞİD   İraq  


Bizi "telegram"da izləyin