Lavrov və Tillerson Suriya probleminin birgə həllini müzakirə ediblər

2017/11/tass_212973653455345_1510390290.jpg
Oxunub: 513     16:51     11 Noyabr 2017    
Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın dövlət kativi Reks Tillersonla Rusiya və Amerikanın Suriya münaqişəsinin tənzimlənməsində birgə fəaliyyətini müzakirə ediblər.

Ordu.az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

İki ölkə nümayəndəsinin görüşü Vyetnamın Dananq şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı sammiti çərçivəsində gerçəkləşib.

“Suriya münaqişəsinin tənzimlənmə məsələsi və bu istiqamətdə ölklərin birgə fəaliyyəti müzakirə olunub”, - deyə rəsmi məlumatda qeyd edilib.

Xatırladaq ki, daha öncə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı sammiti çərçivəsində görüşən Vladimir Putin və Donald Tramp da Suriyada məsələsinə dair birgə bəyanat veriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya-böhranı   Müzakirə  


Bizi "telegram"da izləyin